cümə axşamı, 11 sentyabr 2025

DÜNYA FUTBOLU

Poçettino PSJ-dən ayrıla bilər

28.05.2021 16:51 Oxundu 506


Fransanın PSJ klubunda münaqişə yaranıb.

"CEMPİON.AZ" xəbər verir ki, baş məşqçi Maurisio Poçettino ilə idman direktoru Leonardo arasında ciddi narazılıqlar baş qaldırıb.
Məhz bu amil argentinalının istefa vermək istəyinə səbəb olub. Çalışdırıcı braziliyalı ilə problem üzündən paytaxt klubunu tərk etmək fikrinə düşüb.
Poçettinonun sələfi Tomas Tuxel də eyni səbəbdən PSJ-dən ayrılmışdı. Onlar hətta uzun müddət bir-biri ilə danışmayıb.