28.05.2021 17:23
648

“Çelsi”nin futbolçusu Olivye Jiru karyerasını İtaliyada davam etdirəcək.
"CEMPİON.AZ" "Tuttosport"a istinadən xəbər verir ki, 34 yaşlı hücumçu “Milan”la razılaşıb.
Fransalı forvardın “qırmızı-qaralar”la 2 illik müqavilə imzalayacağı bildirilib. Onun illik maaşının 4 milyon avro olacağı da qeyd olunub.Qeyd edək ki, Jirunun “Çelsi” ilə müqaviləsi iyunda başa
çatır. Buna görə də o, “Milan”a azad agent kimi keçəcək.