cümə axşamı, 11 sentyabr 2025

DÜNYA FUTBOLU

Koutinyo satılır

29.05.2021 10:22 Oxundu 546

"Barselona" futbolçusu Felipe Koutinyonu satmaq qərarına gəlib.

"CEMPİON.AZ" xəbər verir ki, bu barədə məşhur jurnalist Fabrizio Romano məlumat yayıb. Klub büdcəsində yaranan problemləri aradan qaldırmaq və heyətinə yeni oyunçular qatmaq istəyir. Buna görə də "Barselona" 28 yaşlı yarımmüdafiəçini satmaq qərarına gəlib.
Qeyd edək ki, Koutinyo başa çatan mövsümdə 12 matçda 2 qol vurub və 2 qolun ötürməsini verib.