cümə axşamı, 11 sentyabr 2025

DÜNYA FUTBOLU

Əşrəf Hakimi PSJ-yə keçə bilər

29.05.2021 13:24 Oxundu 651


“İnter”in müdafiəçisi Əşrəf Hakimi komandasını dəyişə bilər.

"CEMPİON.AZ" xəbər verir ki, 23 yaşlı futbolçu PSJ-nin maraq dairəsindədir.
Paris təmsilçisi cinah oyunçusuna ilinə 8 milyon avro maaş olmaqla 5 illik müqavilə təklif edib. PSJ-nin idman direktoru Leonardo “İnter”lə danışıqlarını davam etdirir. Maliyyə problemi ilə üzləşən “neradzurra” isə Mərakeş millisinin üzvünü 70 milyon avroya satmağı planlaşdırır.
Qeyd edək ki, “İnter” Hakimini ötən il “Real”dan 40 milyon avroya alıb.