29.05.2021 14:26
523

“İnter” yarımmüdafiəçisi Joao Marionu satıb.
"CEMPİON.AZ" xəbər verir ki, Portuqaliya millisinin üzvü ötən mövsümü icarə əsasında çıxış etdiyi “Sportinq”ə birdəfəlik keçib.
Bu transfer İtaliya çempionuna 8 milyon avro qazandırıb. Orta sahə oyunçusu ötən mövsüm “Sportinq”in heyətində 34 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə verib. 28 yaşlı futbolçu məhz Lissabon təmsilçisinin yetirməsidir.
Qeyd edək ki, “İnter” Joao Marionu 2016-cı ildə 40 milyon avro qarşılığında məhz “Sportinq”dən alıb.