cümə axşamı, 11 sentyabr 2025

DÜNYA FUTBOLU

Millinin futbolçusunda koronavirus aşkarlandı

29.05.2021 17:45 Oxundu 516


Kolumbiya millisində bir futbolçu koronavirusa yoluxub.

"CEMPİON.AZ" xəbər verir ki, Kolumbiya Futbol Federasiyasının yaydığı məlumata görə, hücumçu Alfredo Morelosun testi pozitiv çıxıb.
Onunla yanaşı, millinin nümayəndələrindən birinin də virusa yoluxduğu bildirilib. Hər iki şəxs təhlükəsizlik protokoluna uyğun olaraq təcrid olunub. 
Qeyd edək ki, Kolumbiya yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində iyunun 3-də Peru, 8-də isə Argentina ilə qarşılaşacaq.