29.05.2021 18:42
521

“Yuventus” hücumçusu Paulo Dibala ilə yeni müqavilə imzalamağa hazırlaşır.
"CEMPİON.AZ" xəbər verir ki, komandada baş məşqçi dəyişikliyi argentinalı futbolçunu ayrılmaq istəməsi ilə bağlı fikrini dəyişib.
Dibala yeni sözləşmə ilə komandanın kapitanı olmaq arzusundadır. Rəhbərlik bir müddət onunla danışığı dondursa da, artıq görüşlər bərpa olunub. 27 yaşlı ulduz futbolçunun tezliklə anlaşmasını yeniləməsi gözlənilir. Onun hazırkı müqavilə müddəti gələn ilin yayına qədərdir.
Qeyd edək ki, Paulo Dibala ötən mövsüm 26 oyunda 5 qol, 3 assistlə yadda qalıb.