cümə axşamı, 11 sentyabr 2025

DÜNYA FUTBOLU

Qvardiola: "Çelsi" üçün asan zəfər olmadı"

30.05.2021 15:37 Oxundu 507


“Qələbə qazanmaq üçün ən optimal heyəti seçməyə çalışdım. Bu oyunçular PSJ və "Borussiya"ya qarşı yaxşı oynamışdılar. Rəqibimiz qeyri-adi oyun nümayiş etdirdi. İlk hissədə müdafiə xəttini yara bilmədik. Fasilədən sonra yaxşı oldu. Daha çox topa sahib olduq, hücumçular etdik".

"CEMPİON.AZ" xəbər verir ki, bu sözləri "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının finalında "Çelsi"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, London klubunun müdafiə xəttinə qarşı oynamaq asan deyildi: "Uzun ötürmələrdə yaxşı oynamırdıq. Bu kimi anlar ilham tələb edir. Əla bir mövsüm keçirdik. Az qala Çempionlar Liqasının qalibi olurduq. Təəssüf ki, alınmadı. Çalışdıq, bacarmadıq. "Çelsi" üçün asan zəfər olmadı. İlk Çempionlar Liqasının finalı üçün yaxşı oynadıq. Xüsusilə, ikinci hissədə cəsarətli idik. Daha da çox işləyəcəyik. Futbolçular əllərindən gələni etdilər, bütün güclərini verdilər. Onları əla mövsüm və göstərdikləri oyun münasibətilə təbrik etmək istəyirəm".