cümə axşamı, 11 sentyabr 2025

DÜNYA FUTBOLU

Poçettino "Real"a keçmək istəyir 

30.05.2021 21:23 Oxundu 505


PSJ-nin baş məşqçisi Maurisio Poçettino klubun rəhbərliyindən müqaviləni vaxtından əvvəl ləğv etməsini istəyib.

"CEMPİON.AZ" goal.com-a istinadən xəbər verir ki, argentinalı mütəxəssis "Real"ı çalışdırmaq istəyir. Bundan başqa, "Tottenhem"də çalışdırıcını kluba qaytarmaq istəyir.
Xatırladaq ki, Poçettino bu ilin ilin yanvarından Paris təmsilçisini çalışdırır. Onun klubla müqaviləsi 2022-ci ilin iyunu başa çatır.