31.05.2021 09:15
526


ABŞ birinci liqasında 6-cı turun oyunları keçirilib.
"CEMPİON.AZ" xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Finiks Rayzinq” səfərdə “Sakramento Ripablik”lə qarşılaşıb. “Finiks Rayzinq” bu oyundan
qələbə ilə ayrılıb - 1:0.
Dadaşov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan hücumçu sonadək mübarizə aparıb. Millimizin forvardı 35-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Qeyd edək ki, bu mövsüm keçridiyi 5 oyunda 12 xal toplayan “Finiks Rayzinq” hazırda birinci pillədə qərarlaşıb.