cümə axşamı, 11 sentyabr 2025

DÜNYA FUTBOLU

"Bavariya" Almaniya millisinin üzvünü transfer edir

31.05.2021 11:44 Oxundu 731


Mönhenqladbax “Borussiya”sının yarımmüdafiəçisi Florian Noyhausun gələcək komandası bəlli olub.

"CEMPİON.AZ" “Bild” nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı orta sahə oyunçusu “Bavariya”nın formasını geyinəcək.
Ancaq klublar arasındakı razılığa əsasən Almaniya millisinin üzvü Münhen klubuna gələn ilin yayında keçəcək. Yəni Noyhaus növbəti mövsüm də “Borussiya”nın şərəfini qoruyacaq. Klublarla yanaşı, futbolçu özü də bu keçidə razılıq verib.