cümə axşamı, 11 sentyabr 2025

BİZİM FUTBOL

"Sabah" hücumçusu ilə müqaviləni yenilədi

31.05.2021 15:21 Oxundu 563


Bakının “Sabah” klubu daha bir futbolçusu ilə müqaviləni uzadıb.

"CEMPİON.AZ" xəbər verir ki, paytaxt təmsilçisi Xulio Rodriqeslə yeni anlaşma imzalayıb.
Yeni müqavilənin müddəti 1 ildir. Paraqvaylı hücumçu ötən ilin fevral ayından “Sabah”ın uğurları üçün çalışır. Xulio son mövsümdə Premyer Liqada meydana çıxdığı 25 oyunda 3 qol vurub, 4 məhsuldar ötürməyə imza atıb.
Qeyd edək ki, paytaxt təmsilçisi bunadək baş məşqçi Ramin Quliyev, futbolçular Saşa Stamenkoviç və Zurab Oçiqava ilə müqaviləni uzadıb.