cümə, 12 sentyabr 2025

BİZİM FUTBOL

Gürcüstanlı futbolçu "Keşlə"yə keçdi

31.05.2021 15:40 Oxundu 583


Yeni yaradılan Konfrans Liqasında mübarizə aparacaq “Keşlə” yay transfer dönəminin ilk keçidini reallaşdırıb.

"CEMPİON.AZ" xəbər verir ki, heyətindəki bir neçə oyunçunu yenidən icarəyə götürən Azərbaycan kubokunun qalibi yarımmüdafiə xəttini gücləndirib.
Paytaxt təmsilçisi “Qəbələ”nin orta sahə oyunçusu Merab Qiqauri ilə anlaşıb. Bölgə təmsilçisi ilə müqavilə müddəti başa çatan gürcüstanlı futbolçu komandasını dəyişmək qərarına gəlib. 28 yaşlı oyunçu “Keşlə” ilə sözləşmənin bütün detallarını razılaşdırıb. Qiqauri yaxın müddətdə bakılılarla münasibətlərini rəsmiləşdirəcək.
Qeyd edək ki, 2019-cu ilin yayından “Qəbələ”nin formasını geyinən Merab Qiqauri geridə qalan mövsüm Premyer Liqada 22 oyun keçirib, 1 qola imza atıb.