cümə, 12 sentyabr 2025

DİGƏR NÖVLƏR

Cüdoçuya "Baş Leytenant" rütbəsi verildi

31.05.2021 17:20 Oxundu 1120


Tanınmış cüdoçu Rüstəm Orucovun rütbəsi artırılıb.

"CEMPİON.AZ" xəbər verir ki, olimpiya mükafatçısı bu barədə Feysbuk səhifəsində paylaşım edib.
O, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin müvafiq əmrinə əsasən "Baş Leytenant" hərbi rütbəsinə layiq görüldüyünü bildirib.Orucov "Sərhədçi" İdman Olimpiya Mərkəzinin rəisi polkovnik Elşən Mirzəyev və Mərkəz rəisinin müavini, İdman bölməsinin rəisi polkovnik-leytenant Firdovsi Umudov tərəfindən təltif olunub.