bazar, 22 mart 2026

DÜNYA FUTBOLU

Amerika kuboku öncəsi koronavirusa yoluxdu

01.06.2021 11:52 Oxundu 589


Çili millisinin futbolçusu Arturo Vidal koronavirusa yoluxub.

"CEMPİON.AZ" xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi Amerika kuboku ərəfəsində xəstələnib.
Onun testi müsbət nəticələnib. Bunu Vidalın özü açıqlayıb: “Qarşıdakı görüşlərdə meydana çıxa bilməyəcəyəm. Amma bütün qüvvəmlə komanda yoldaşlarıma dəstək olacağam. Tezliklə düzələcəyəm və millinin formasını geyinmək imkanı qazanacağam”.
Qeyd edək ki, Braziliyadakı Amerika kuboku iyunun 11-dən iyulun 10-dək keçiriləcək.