cümə axşamı, 11 sentyabr 2025

DÜNYA FUTBOLU

Levandovski: "Biz robot deyilik"

01.06.2021 17:20 Oxundu 523


"Bavariya"nın hücumçusu Robert Levandovski dünya futbolundakı təqvimi tənqid edib.

"CEMPİON.AZ" "The Times"a istinadən xəbər verir ki, o, bir çoxunun futbolçuların da insan olduğunu tez-tez unutduğunu deyib: "Biz robot deyilik və hər matçda maksimum səviyyədə oynaya bilmirik.
Futbol və oyunçular üçün illərlə zirvədə qalmaq böyük  problemdir. İndi və bəlkə də yaxın bir neçə ildə şərtlər həddən artıq olacaqdır. Düşünürəm ki, azarkeşlər üçün də bu qədər oyun cansıxıcı olacaq".