02.06.2021 10:42
503


"Milan" futbolçusu Hakan Çalhanoğlu ilə müqaviləni yeniləməkdən imtina edib.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə tanınmış jurnalist Nikolo Şkira məlumat yayıb. İtaliya klubu uzun müddətdir 27 yaşlı yarımmüdafiəçi ilə bu yay başa çatacaq müqaviləni yeniləməyə çalışır. "Milan" ona illik 4 milyon avro maaş təklif etsə də, Çalhanoğlu daha çox gəlir qazanmaq niyyətindədir. Nəticədə A seriya təmsilçisi türkiyəli oyunçu ilə razılaşa bilmədiyi üçün danışıqları yekunlaşdırmaq qərarına gəlib.
Qeyd edək ki, Çalhanoğlunu Qətərin "Əl-Duhail", İtaliyanın "Yuventus" klubları da heyətinə qatmaq istəyir.