cümə axşamı, 11 sentyabr 2025

DÜNYA FUTBOLU

"Ömrümün sonuna qədər "Barselona"da qalmaq istəyirəm"

03.06.2021 12:46 Oxundu 512


"Barselona"nın müdafiəçisi Jordi Alba əbədi olaraq klubda qalmaq istəyir.

"CEMPİON.AZ" xəbər verir ki, bu barədə o, goal.com-a açıqlamasında deyib: “Müqaviləyə əsasən üç ilim qalıb.  Qərarı klub verəcək, amma ömrümün sonuna qədər "Barselona"da qalmaq istəyirəm".
Qeyd edək ki, Alba 2012-ci ildən Kataloniya təmsilçisində çıxış edir. O, komanda ilə birlikdə beş dəfə çempionluq və İspaniya kubokunu qazanıb, Çempionlar Liqasının və UEFA Superkubokunun qalibi olub.