cümə axşamı, 11 sentyabr 2025

DÜNYA FUTBOLU

Rusiyadan "Qalatsaray"ın futbolçusuna təklif 

03.06.2021 13:19 Oxundu 543


Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Kristian Luindama karyerasını Rusiyada davam etdirə bilər.

"CEMPİON.AZ" xəbər verir ki, müdafiəçi Moskva “Spartak”ının maraq dairəsinə düşüb.
“Qırmızı-ağlar” 27 yaşlı konqolu ilə bağlı təklif göndərməyə hazırlaşır. Onun transferinin təxminən 3,5 milyon avroya başa gələcəyi gözlənilir.
Qeyd edək ki, Luindama ötən mövsüm 28 oyunda 2 qol vurub. Onun müqaviləsi 2022-ci ildə başa çatacaq.