cümə axşamı, 11 sentyabr 2025

BİZİM FUTBOL

Vüsal isgəndərli Türkiyə klubunda

03.06.2021 13:45 Oxundu 571


Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin yeni klubu bəlli olub.

"CEMPİON.AZ" xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi karyerasını Türkiyə 1-ci liqasında davam etdirəcək. O, "Keçiörengücü" klubu ilə 3 illik müqavilə imzalayıb. Yaxın vaxtlarda klubun bununla bağlı rəsmi açıqlama verəcəyi gözlənilir.
Futbolçu özü Qol.az-a açıqlamasında məlumatı təsdiqləyib.
Qeyd edək ki, V.İsgəndərlinin son klubu “Keşlə” olub. Ötən ayın sonu klubla müqaviləsi başa çatdığından o, komandanı tərk edib.