03.06.2021 14:22
562
562

İspaniyanın “Valensiya” klubu heyətinə yeni futbolçu qatıb.
"CEMPİON.AZ" xəbər verir ki, Tbilisi “Dinamo”sunun qapıçısı Georgi Mamardaşvili La Liqa təmsilçisinə keçib.
Gürcüstanlı futbolçu icarə əsasında “yarasalar”ın şərəfini qoruyacaq. İspaniya ilə anlaşma 1 illik nəzərdə tutulub.
Qeyd edək ki, Mamardaşvili “Dinamo”nun yetirməsidir. O, ötən mövsümü icarə əsasında Tbilisi “Lokomotiv”indən keçirib.