03.06.2021 14:55
466

"Real" futbolçusu Lukas Vaskeslə yeni müqavilə imzalayıb.
"CEMPİON.AZ" klubun saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2024-cü ilin iyununa kimi uzadılıb.
Xatırladaq ki, Vaskes 2015-ci ilin yayından "Real"da oynayır. O, 2020/2021 mövsümündə La Liqada meydana çıxdığı 24 matçda 2 qol vurub, 5 qolun ötürməsini verib.