03.06.2021 15:39
543

"Latsio"dan ayrılan Simone İnzaginin "İnter"ə keçidi rəsmiləşib.
"CEMPİON.AZ" klubun saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, istefa verən Antonio Konteni əvəzləyib.
Qeyd edək ki, İnzagi 2015-ci ildən çalışdırdığı “Latsio”ya 2 dəfə İtaliya Superkubokunu, 1 dəfə isə ölkə kubokunu qazandırmışdı.