cümə axşamı, 11 sentyabr 2025

BİZİM FUTBOL

Ağabala Ramazanov: "Ölkə xaricindən təkliflər var"

03.06.2021 21:41 Oxundu 532


“Zirə”nin kapitanı Ağabala Ramazanovun gələcək taleyi qeyri-müəyyən olaraq qalır.

"CEMPİON.AZ" xəbər verir ki, 28 yaşlı hücumçu klubundan artıq yeni müqavilə təklifi alıb.
Bunu milli komandamızın üzvü özü əməkdaşımızla söhbətində deyib. O, eyni zamanda ölkə xaricindən də təkliflərinin olduğunu, yekun qərarını yaxın günlərdə verəcəyini söyləyib: “Rəhbərlikdən yeni müqavilə təklifi almışam. Bakıda olmadığım üçün danışıq apara bilmirdik. Artıq gəlmişəm, yəqin ki, bu həftə söhbətimiz olacaq. Düzdür, ölkə xaricindən təkliflər var. Ancaq mən ilk növbədə “Zirə”yə üstünlük verəcəyəm. Rəhbərliklə görüşdən sonra qərarım bəlli olacaq”.
Qeyd edək ki, Ağabala Ramazanov “Zirə”yə ötən ilin yanvarında “Səbail”dən keçib. O, ötən mövsüm Premyer Liqada keçirdiyi 22 oyunda 6 qol vurub.