cümə axşamı, 11 sentyabr 2025

DÜNYA FUTBOLU

Aqueronu əvəz edə bilər

03.06.2021 23:22 Oxundu 494

"Ayntraxt"ın futbolçusu Andre Silva karyerasını İngiltərədə davam etdirə bilər.

"CEMPİON.AZ" "Bild"ə istinadən xəbər verir ki, "Mançester Siti" portuqaliyalı hücumçunun xidmətində maraqlıdır. "Şəhərlilər" 25 yaşlı forvardı komandadan ayrılan Serxio
Aqueronun əvəzləyicisi kimi heyətə cəlb etmək istəyir.
Andre Silva Bundesliqada ötən mövsüm 34 oyuna 29 qol vurub, 10 qol ötürməsi edib. Transfermarkt portalı futbolçunun qiymətini 45 milyon avro göstərir. Onun Frankfurt klubu ilə 2023-cü ilin yayınadək müqaviləsi var.