cümə axşamı, 11 sentyabr 2025

DÜNYA FUTBOLU

Tuhel 2024-cü ilə qədər "Çelsi"də

04.06.2021 16:19 Oxundu 516


“Çelsi”nin baş məşqçi Tomas Tuhelin müqaviləsi uzadılıb.

"CEMPİON.AZ" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Almaniyalı mütəxəssisin sözləşməsi 2024-cü ilin yayına qədər artırılıb.
“Çelsi” bu ilin yanvarında Tuhellə 1,5 illik müqavilə imzalamışdı. Müqavilədə belə bir bənd yer alıb ki, Tuhel London təmsilçisi ilə Çempionlar Liqasının qalibi olsa, sözləşməsi avtomatik
olaraq daha iki il artırılacaq. Komanda bu işin öhdəsindən gəlib və buna görə də Tuhel 2024-cü ilin yayına qədər "zadəganlar"ı çalışdıracaq.
Qeyd edək ki, “Çelsi” Premyer Liqada mövsümü 4-cü sırada bitirib.