cümə axşamı, 11 sentyabr 2025

DÜNYA FUTBOLU

Di Françesko "Verona"nı çalışdıracaq

04.06.2021 18:21 Oxundu 485


İtaliyanın “Verona” klubunun yeni baş məşqçisi müəyyənləşib.

"CEMPİON.AZ" xəbər verir ki, A seriyası təmsilçisini Eusebio Di Françesko çalışdıracaq.
Mütəxəssislə yaxın günlərdə müqavilə imzalanacaq. O, “Torino”ya yollanan İvan Yuriçi əvəzləyəcək.
Qeyd edək ki, Di Françeskonun son klubu “Kalyari” olub.