cümə axşamı, 11 sentyabr 2025

DÜNYA FUTBOLU

Burak Yılmaz ən yaxşı seçildi

04.06.2021 20:49 Oxundu 558


Türkiyə millisinin kapitanı Burak Yılmaz "Lill"də 2020/2021 mövsümünün ən yaxşı futbolçusu seçilib.

"CEMPİON.AZ" xəbər verir ki, o, klubun saytında azarkeşlər arasında keçirilən səsvermədə 1-ci olub. 35 yaşlı hücumçu 52.2 faiz səs toplayıb. Mayk Menyan 2-ci (28.7 faiz səs), Benjamin Andre (9.6 faiz səs) 3-cü olub.
Qeyd edək ki, B.Yılmaz başa çatan mövsümdə bütün turnirlərdə meydana çıxdığı 28 matçda 16 qol vurub.