cümə axşamı, 11 sentyabr 2025

DÜNYA FUTBOLU

"Mançester Siti" azarkeşini cəzalandırdı

04.06.2021 21:21 Oxundu 524


“Mançester Siti”nin azarkeşi irqçilik etdiyi üçün sərt cəzalandırılıb.

"CEMPİON.AZ" “Sky Sport”a istinadən xəbər verir ki, 2019-cu ildə keçirilən “Mançester Siti” – “Mançester Yunayted” matçında (1:2) rəqib komandanın futbolçularına qarşı irqçi şüarlar səsləndirən və jestlər edən azarkeş cəzalandırılıb.
İrqçilik edən fanat 990 avro məbləğində cərimələnib. Bundan başqa, azarkeşin “Mançester Siti”nin oyunlarına buraxılmasına ömürlük qadağa qoyulub.