cümə axşamı, 11 sentyabr 2025

DÜNYA FUTBOLU

"Çelsi" brazilyalı müdafiəçinin müqaviləsini yenilədi

04.06.2021 21:45 Oxundu 550


"Çelsi" futbolçusu Tiaqo Silva ilə müqavilənin müddətini uzadıb.

"CEMPİON.AZ" klubun saytına istinadən xəbər verir ki, braziliyalı müdafiəçi ilə müqavilənin  daha bir mövsüm uzadılması seçimi aktivləşdirilib.
Qeyd edək ki, T.Silva ötən ilin avqustundan London təmsilçisində çıxış edir. O, 2020/2021 mövsümündə meydana çıxdığı 34 matçda 2 qol vurub.