cümə axşamı, 11 sentyabr 2025

BİZİM FUTBOL

"Sabah" Ruslan Abışovla yollarını ayırdı

04.06.2021 22:11 Oxundu 534


“Sabah” daha bir futbolçu ilə yollarını ayırıb. 

"CEMPİON.AZ" xəbər verir ki, klubla müqavilə müddəti bitən Ruslan Abışov paytaxt təmsilçisinə lazım olmayıb.
2019-cu ilin yayından “Sabah”ın uğurları üçün çalışan müdafiəçi bir müddət komandanın kapitanlıq sarğısını daşıyıb. Lakin müdafiəçi əsasən ehtiyat oyunçular skamyasında qalıb. 
Qeyd edək ki, Abışov “Sabah”dakı iki mövsümdə Premyer Liqada cəmi 13 matç keçirib. Son çempionatda isə 28 turun yalnız beşində meydana çıxıb.