çərşənbə, 31 dekabr 2025

DÜNYA FUTBOLU

Cengiz Ünder "Roma"dan ayrıla bilər

05.06.2021 10:17 Oxundu 526


"Roma"nın futbolçusu Cengiz Ünder klubdan ayrıla bilər.

"CEMPİON.AZ" İtaliya mətbuatına istinadən xəbər verir ki, klubun yeni baş məşqçisi Joze Mourinyo türk yarımmüdafiəçini yeni mövsüm üçün heyətdə düşünmür. Bildirilib ki, 23 yaşlı oyunçunun agenti "Milan"la danışıqlar aparır. "Roma"nın Avro-2020-dən sonra C.Ünderi satmağı planlaşdırdığı vurğulanıb.
Qeyd edək ki, C.Ünder ötən mövsümü icarə əsasında "Lester"də keçirib.