05.06.2021 10:40
499
499

"Çelsi" qapıçısı Villi Kabelyero ilə yolları ayırıb.
"CEMPİON.AZ" klubun saytına istinadən xəbər verir ki, 39 yaşlı qolkiperlə bu ay başa çatacaq müqavilənin müddəti uzadılmayıb.
Qeyd edək ki, Kabelyero 2017-ci ilin yayında "Mançester Siti"dən "Çelsi"yə keçib. O, London təmsilçisində ümumilikdə 38 oyuna çıxıb.