cümə axşamı, 11 sentyabr 2025

DÜNYA FUTBOLU

"Tottenhem" Konte ilə danışıqları dayandırdı

05.06.2021 16:43 Oxundu 472


"Tottenhem" "İnter"dən ayrılan Antonio Konte ilə danışıqları dayandırıb.

"CEMPİON.AZ" "The Telegraph"a istinadən xəbər verir ki, London təmsilçisi və 51 yaşlı mütəxəssis mümkün əməkdaşlıq şərtləri barədə razılığa gələ bilməyiblər.
"Tottenhem"də yeni baş məşqçi vəzifəsinə hazırda əsas namizədin "Roma"nın sabiq çalışdırıcısı Paulo Fonseka olduğu bildirilib.
Xatırladaq ki, Konte 2020/2021 mövsümündə "İnter"lə  İtaliya çempionu olub. Lakin o, may ayında Milan klubu ilə müqaviləsini ləğv edib.