cümə axşamı, 11 sentyabr 2025

DÜNYA FUTBOLU

"Mançester Siti"nin futbolçusu ən yaxşı seçildi

05.06.2021 15:07 Oxundu 468


İngiltərə Premyer Liqasında ötən mövsümün ən yaxşı oyunçusu müəyyənləşib.
"CEMPİON.AZ" xəbər verir ki, İngiltərə Premyer Liqasının "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, "Mançester Siti"nin müdafiəçisi Ruben Diaş 2020/21 mövsümünün ən yaxşı futbolçusu seçilib.
Bu mükafata digər namizədlər Kevin de Brüyne ( "Mançester Siti" ), Brunu Fernandeş ("Mançester Yunayted), Cek Qriliş ("Aston Villa"), Harri Keyn ("Tottenhem"), Meyson Mount ("Çelsi"), Məhəmməd Salah ("Liverpul") və Tomaş Souçek ("Vest Hem") idi.
Xatırladaq ki, portuqaliyalı oyunçu ötən ilin sentyabrında "Benfika" dan "Mançester Siti" yə transfer olunub. 24 yaşlı müdafiəçi ötən mövsüm  İngiltərə Premyer Liqasının 31 matçında iştirak edib. Diaş bundan əvvəl jurnalistlər tərəfindən mövsümün oyunçusu seçilmişdi.