cümə axşamı, 11 sentyabr 2025

DÜNYA FUTBOLU

Alleqri bu futbolçuları istəyir

05.06.2021 16:45 Oxundu 469

"Yuventus"un yeni baş məşqçisi Massimilano Alleqrinin yay transfer pəncərəsi üçün planları məlum olub.

"CEMPİON.AZ" "Corriere dello Sport"a istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis 5 futbolçunu komandasında görmək istəyir. Bunlar Pol Poqba ("Mançester Yunayted"), Düşan Laxoviç ("Fiorentina"), Miralem Pyaniç ("Barselona"), Mauro İkardi (PSJ), və Manuel Lokatellidir ("Sassuolo").
Qeyd edək ki, Alleqri Turin təmsilçisinin baş məşqçisi vəzifəsinə mayın 28-də təyin olunub. O, 2014-19-cu illərdə də bu komandanı çalışdırıb.