05.06.2021 22:30
623

İtaliyanın “Yuventus” klubu heyətində bəzi dəyişikliklər etməyi planlaşdırır.
"CEMPİON.AZ" xəbər verir ki, komandaya qayıdan Massimiliano Alleqri bir neçə futbolçunu sərəncamında görmək istəyir.
Onlardan biri “Fiorentina”nın müdafiəçisi Nikola Milenkoviçdir. 23 yaşlı müdafiəçi Türkiyə millisinin futbolçusu Merih Demiralı əvəzləməlidir.
Az oynamasından narazı olan sonuncu Turindən ayrılmaq niyyətindədir. Lakin “Yuventus” onun üçün 40 milyon avro tələb edir.
Qeyd edək ki, Milenkoviçin müqaviləsi 2022-ci ildə başa çatır.