05.06.2021 20:13
480


"Mançester Siti"nin futbolçusu Kevin de Brüyne əməliyyat olunub.
"CEMPİON.AZ" xəbər verir ki, BBC məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçinin əməliyyatı uğurlu keçib. O, bazarertəsi günü millinin düşərgəsinə qayıdacaq.
Qeyd edək ki, Belçika yığması 12 iyun Avro-2020-nin qrup mərhələsinin ilk matçında Rusiya ilə qarşılaşacaq. Daha sonra milli Danimarka (17 iyun) və Finlandiya (21 iyun) ilə üz-üzə gələcək.