cümə axşamı, 11 sentyabr 2025

DÜNYA FUTBOLU

Qvardiola Premyer Liqada ən yaxşı seçildi

05.06.2021 18:36 Oxundu 454


İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola Premyer Liqanın ən yaxşı çalışdırıcı seçilib.

"CEMPİON.AZ" xəbər verir ki, ispaniyalı mütəxəssis üçüncü dəfə çempionatın ən yaxşı məşqçisi adına yiyələnib.
O, 2017/18 və 2018/19 mövsümlərində də bu mükafata sahib çıxıb. Qvardiola belə mükafatların sayına görə Premyer Liqada ikincidir.
Yalnız əfsanəvi Aleks Ferqyuson daha çox uğur qazanıb. “Mançester Yunayted”in sabiq çalışdırıcısı 11 dəfə Premyer Liqanın ən yaxşı məşqçisi olub.