cümə axşamı, 11 sentyabr 2025

BİZİM FUTBOL

Moldovalı futbolçu: "Azərbaycan yığmasının güclü və zəif tərəflərini öyrənəcəyik"

05.06.2021 23:26 Oxundu 519


Moldova millisinin futbolçusu Vadim Ratse Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunu barədə danışıb.

"CEMPİON.AZ" xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi yığmamızın güclü və zəif cəhətləri üzərində işləyəcəklərini bildirib:
"Azərbaycan yığmasının güclü və zəif tərəflərini öyrənəcəyik. Ümid edirik ki, müsbət nəticə qazanacağıq. Həqiqətən də bunu çox istəyirik. Fanatlardan ötrü darıxmışıq. Onlar tribunalarda əyləşəndə daha asan olur. Çünki azarkeşlər bizi hər zaman qələbəyə səsləyirlər. Bunun üçün onlara minnətdarıq".
Qeyd edək ki, iyunun 6-da Kişineuda keçiriləcək Moldova - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.