cümə axşamı, 11 sentyabr 2025

DÜNYA FUTBOLU

İtaliya klubu Riberi ilə yeni müqavilə bağlayacaq

06.06.2021 11:39 Oxundu 487

"Fiorentina"nın futbolçusu Frank Riberi klubu ilə müqaviləsini uzadacaq.

"CEMPİON.AZ" İtaliya mətbuatına istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi komandada qalmaq fikrindədir. Klub rəhbərliyi də onunla yolları davam etdirmək istəyir.
Hazırda tərəflərin danışıq apardığı bildirilir. Fransız futbolçunun illik maaşının 4 milyon avrondan 2 milyona endiriləcəyi də qeyd olunub.
Fransa millisinin sabiq üzvü 12 il (2007-2019) "Bavariya"da çıxış etdikdən sonra "Fiorentina"ya keçib.