cümə axşamı, 11 sentyabr 2025

DÜNYA FUTBOLU

"Atletiko" baş məşqçi ilə yeni müqavilə imzalayacaq

06.06.2021 16:40 Oxundu 488

“Atletiko” baş məşqçisi Dieqo Simeone ilə yeni müqavilə imzalamağa hazırlaşır.

"CEMPİON.AZ" xəbər verir ki, tərəflər arasında razılıq əldə olunub. Bu barədə AS nəşri məlumat yayıb. “Atletiko” yaxın zamanda Simeone ilə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalayacaq.
2012-ci ildən “Atletiko”nu çalışdıran argentinalı mütəxəssisin indiki müqaviləsi 2022-ci ilin yayına qədərdir.
Qeyd edək ki, “Atletiko” La Liqada son mövsümün qalibi olub.