06.06.2021 17:52
495


“Barselona”nın futbolçusu Kleman Lanqle yeni mövsümdə də Kataloniya təmsilçisində çıxış edəcək.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə fransalı müdafiəçi “Eurosport”a açıqlamasında deyib:
“Ötən yay “Barselona” ilə yeni müqavilə imzaladım. Yeni mövsümdə də klubda qalacam”.
Qeyd edək ki, Lanqlenin “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. 25 yaşlı müdafiəçi son mövsümdə 48 oyunda 1 qol vurub.