cümə axşamı, 11 sentyabr 2025

BİZİM FUTBOL

Millimiz oyunu 10 nəfərlə başa vurub

06.06.2021 22:09 Oxundu 548


Bu gün Moldova ilə yoldaşlıq oyunu keçirən milli komandamız görüşü 10 nəfərlə başa vurub.

"CEMPİON.AZ" xəbər verir ki, yığmamızın aparıcı üzvü Bədavi Hüseynov zədələnib.
“Qarabağ”ın müdafiəçisi görüşün 80-ci dəqiqəsində rəqiblə top uğrunda mübarizədə sol ayağından xəsarət alıb. O, görüşü davam etdirə bilməyib. Əvəzetmə limiti dolan yığmamız son dəqiqələri azlıqda keçirib. 
Qeyd edək ki, görüş Moldova millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.