cümə axşamı, 11 sentyabr 2025

BİZİM FUTBOL

20 oyundur qələbə qazana bilməyən Moldova miliimizi məğlub etdi

06.06.2021 23:45 Oxundu 493


Azərbaycan millisi ilə oyun Moldova yığması üçün əlamətdar olub.

"CEMPİON.AZ" xəbər verir ki, komandamız Kişinyovda keçirilən yoldaşlıq görüşündə Roberto Bordinin yetirmələrinin uzun fasilədən sonra üzünün gülməsinə səbəb olub.
Moldovalılar 20 oyunluq qələbəsiz oyunlar seriyasına məhz Canni de Byazinin yetirmələrini məğlub edərək son qoyub. Rəqib buna qədər son qalibiyyət sevincini düz iki il bundan əvvəl – 2019-cu ilin iyununda Andorra ilə görüşdə (1:0) yaşamışdı.
Moldova bu dəfə də eyni hesabla yığmamızı meydandan başıaşağı yola salıb.