cümə axşamı, 11 sentyabr 2025

DÜNYA FUTBOLU

"Qalatsaray" müdafiəçi mövqeyini gücləndirəcək

07.06.2021 11:27 Oxundu 666


Türkiyənin “Qalatasaray” klubu heyətinə yeni futbolçu qatmağı planlaşdırır.
"CEMPİON.AZ" xəbər verir ki, İstanbul təmsilçisi sol cinah müdafiəçisi mövqeyinə iki oyunçunu nəzərdən keçirir.
"Cim-bom" İspaniya “Betis”ində çıxış edən Aleksandre Morenonun xidmətində maraqlıdır. Türkiyəlilər alternativ variant barədə də düşünür.
Əgər Morenonun keçidi reallaşmasa, Dieqo Laksaltın transferi ön plana çıxacaq. İtaliya “Milan”ının futbolçusu “Qalatasaray” üçün ehtiyat variant hesab olunur.
Qeyd edək ki, Moreno La Liqanın son mövsümündə 23 oyun keçirib.