07.06.2021 12:27
563

Bolqarıstanın “Beroe” klubunun futbolçusu Teddi Mezaqe karyerasını Azərbaycanda davam etdirə bilər.
"CEMPİON.AZ" “Footmercato.net” saytına istinadən xəbər verir ki, “Neftçi” 31 yaşlı müdafiəçini transfer etmək istəyir.
Onunla Xorvatiyanın “Hayduk” və Fransanın 2-ci liqa klublarının da maraqlandığı qeyd olunub.
Fransalı futbolçunun klubu ilə sözləşməsi başa çatdığından onu transfe etmək istəyən kluba azad agent statusu ilə, pulsuz keçəcək.Qeyd edək ki, Kamerun əsilli Teddi Fransada “Monpelye”, “Martiqes”, İngiltərədə “Leyton Orient”, Belçikada “Muskron”, Rumıniyada “Dinamo”, İsraildə “Hapoel Raanana” klublarında da çıxış edib.