07.06.2021 12:52
512

"Yuventus” Kriştiano Ronaldoya əvəzləyici tapıb.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” məlumat yayıb. 36 yaşlı hücumçu Turin təmsilçisindən ayrılarsa, “Yuventus” onun əvəzinə “Mançester Siti”dən Qabriel Jesusu transfer etməyi planlaşdırır.
Qeyd edək ki, Jesus geridə qalan mövsüm Premyer Liqada 42 matçda 14 qol vurub və 4 qolun ötürməsini verib. Braziliyalı 24 yaşlı hücumçunun klubu ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir.