cümə axşamı, 11 sentyabr 2025

BİZİM FUTBOL

Uels yığması Bakıya gəlir

07.06.2021 15:42 Oxundu 511


AVRO-2020-nin A qrupunda yer alan Uels yığması hazırlığını yekunlaşdırıb.

"CEMPİON.AZ" xəbər verir ki, Britaniya təmsilçisi turnirin ilk oyunu üçün ölkəni tərk edib.
Komandanı Bakıya gətirən təyyarə artıq yola düşüb. Uels millisi paytaxtımızda bir neçə günlük hazırlıqdan sonra Bakı Olimpiya Stadionunda ilk oyununa çıxacaq.
Qeyd edək ki, Uels – İsveçrə görüşü iyunun 12-də keçiriləcək.