07.06.2021 19:29
532
532

"Milan"ın yarımmüdafiəçisi Hakan Çalhanoğlunu transfer etmək istəyən klubların sırasına daha biri əlavə olunub.
"CEMPİON.AZ" "Football İtalia"ya istinadən xəbər verir ki, "Arsenal" türk yarımmüdafiəçi ilə maraqlanır.
Futbolçunun İtaliya təmsilçisi müqaviləsi iyunun 30-da başa çatacaq və bundan sonra azad agent olacaq. Tərəflər yeni müqavilə ilə bağlı razılığa gəlməyiblər.
Qeyd edək ki, Hakanı "Yuventus", "Barselona", "Liverpul" və "Çelsi" transfer etmək istəyir.